Ölkəmizin ev sahibliyi etdiyi III MDB oyunları ilə bağlı tədbir təşkil olunub.
AZXEBER.COM xəbər verir ki, İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə ŞİH başçısı, hüquq-mühafizə orqanlarının, AQTA və DTA-nin regional idarələrinin rəhbərləri, otel və müalicə mərkəzləri və xidmət təşkilatlarının rəhbərləri iştirak edib.
ŞİH-nin başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək tədbirin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, III MDB Oyunlarının Azərbaycanda keçirilməsi qərarı ölkəmizin yüksək nüfuzunun göstəricisidir.
Görüşdə qonaqların yerləşməsi, onlara yüksək xidmətin göstərilməsi ilə bağlı məsələlər müzakirə olunub. Aidiyyatı üzrə tapşırıqlar verilib.
Qeyd edək ki, III MDB Oyunları 23 idman növü üzrə təşkil edilməklə, "2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncə şəhərində və ölkəmizin digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək.