Bir neçə gün öncə Naftalanda yaşadığı evi tərk edərək itkin düşən qadın tapılıb.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatına görə, Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində Fatimə Quliyevanın Bakı şəhərində olduğu müəyyən edilib.
F.Quliyeva izahatında ailəsini könüllü tərk etdiyini və geri dönmək istəmədiyini bildirib.











































