Naftalan şəhər 280 yerlik Körpələr evi-Uşaq bağçasında və Günərzi Qayğı Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
AZXEBER.COM xəbər verir ki, tədbirdə Ulu öndər Heydər Əliyev ideyalarının əbədiyaşar olduğunu vurğulayan ŞİH-nin nümayəndəsi Ümummilli Liderin milli birliyə, həmrəyliyə daim böyük önəm verdiyini bildirərək, müdrik rəhbərin siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Həmçinin, ŞİH tərəfindən Körpələr evi-Uşaq bağçasında və Günərzi Qayğı Mərkəzində təlim tərbiyə alan körpə fidanlara bayram hədiyyələri paylanılıb.