Naftalanda mobil qruplar tərəfindən reydlər davam etdirilir - FOTOLAR

Naftalanda mobil qruplar tərəfindən reydlər davam etdirilir - FOTOLAR
SOSİAL
12:44 23.02.2021
1228
Koronavirus infeksiyasının səngiməsinə baxmayaraq növbəti dalğanın qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər davam etdirilir.
 
AZXEBER.COM xəbər verir ki, reydlər zamanı şəhər ərazisində karantin rejiminin tələblərinə riayət edilməsinin vəziyyəti ilə yaxından tanış olunub, sakinlərlə profilaktik söhbətlər aparılıb, onlara özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi bildirilmişdir.

Qeyd edək ki, şəhər ərazisndə və kəndlərdə pandemiyaya qarşı mübarizə tədbirlərinə nəzarəti gücləndirmək məqsədi ilə aidiyyəti strukturların əməkdaşlarından ibarət hər birində 4 nəfər olmaqla 5 mobil qrup fəaliyyət göstərir.
 

 

 


OXŞAR XƏBƏRLƏR