Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR

Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
SOSİAL
14:37 17.06.2025
910
Naftalan Şəhər İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Naftalanda yaşayan Qərbi Azərbaycandan olan soydaşlarımızla görüş keçirilib. 
 
AZXEBER.COM xəbər verir ki, görüşdə Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov, Qərbi Azərbaycandan deportasiya edilmiş bir qrup soydaşlarımız, ziyalılar iştirak ediblər.

Professor Vahid Novruzov Qərbi Azərbaycan İcmasının əsas məqsədi və fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. Qeyd edib ki, zorla ata-baba yurdlarından didərgin salınmış Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı həm tarixi ədalətin bərpası, həm də milli qürurun təcəssümü kimi qaçılmaz və təmin olunmalı bir hədəfdir. Bu istiqamətdə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müstəsna xidmətləri xüsusi qeyd olunub. Dövlət başçısının Qərbi azərbaycanlıların haqq işinə verdiyi yüksək diqqət və göstərdiyi dəstək, eləcə də bu sahədə həyata keçirilən məqsədyönlü dövlət siyasəti icmanın fəaliyyətinə böyük ruh yüksəkliyi verir. 

Qərbi azərbaycanlılar çıxışlarında Vətən müharibəsində qazanılmış Tarixi Zəfərin yaratdığı ruh yüksəkliyi ilə ata-baba torpaqlarına sülh yolu ilə qayıdacaqlarına sarsılmaz inam ifadə ediblər. Onlar bu qayıdışı həm tarixi ədalətin bərpası, həm də milli qürurun təcəssümü kimi qiymətləndiriblər.

Tədbirdə Qərbi Azərbaycandan olan soydaşlarımızın və onların varislərinin bir qrupu tərəfindən edilən müraciətlər əsasında  onlara Qərbi Azərbaycan İcmasının rəsmi üzvlük vəsiqələri və xüsusi döş nişanları təqdim olunmuşdur. Bu təşəbbüs, Qərbi Azərbaycan İcmasının soydaşlarımız arasında həmrəyliyi gücləndirmək, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində apardığı məqsədyönlü fəaliyyətin bariz nümunəsidir. 
 
Sonda Qərbi Azərbaycan İcması adından iştirakçılara hədiyyə təqdim edilib.
 

 

 

 

 

 

 

 

 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq