Naftalanda Sakura ağacları əkildi - FOTOLAR

Naftalanda Sakura ağacları əkildi - FOTOLAR
SOSİAL
14:53 27.02.2023
1010
Naftalanda Sakura ağacları əkilib.

AZXEBER.COM xəbər verir ki, Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Vada Cüniçinin 2022-ci ildə Naftalan şəhərinə səfərindən sonra səfirlik tərəfindən şəhərə Sakura ağacı hədiyyə edilib.

Dostluq rəmzi olan Sakura ağacları Naftalan şəhərinin müxtəlif yerlərində əkilib. 
Qeyd edək ki, Sakura ağacının istər toxumunu, istərsə də özünü ölkədən kənara çıxarılması ilə bağlı gündoğan ölkədə məhdudiyyətlər vardır, ümumilikdə 9 ölkəyə göndərilmişdir. Ümumbəşəri dostluğu gücləndirmək, başqa ölkələrlə əlaqələri daha da dərinləşdirmək məqsədi ilə hədiyyə edilir. Sevindirici haldır ki, Sakura ağacı hədiyyə edilmiş ölkələrin siyahısına Azərbaycan o cümlədən, Naftalan şəhəri də daxil edilib.
 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR