Naftalanda şəhid ailələrinin üzvləri və qazilərin bərpa-müalicəsi uğurla həyata keçirilir - FOTOLAR

Naftalanda şəhid ailələrinin üzvləri və qazilərin bərpa-müalicəsi uğurla həyata keçirilir - FOTOLAR
SOSİAL
10:53 21.07.2026
300
Şəhid ailələrinə, qazilərə dövlət və cəmiyyət tərəfindən yüksək diqqət və qayğı göstərilir.
 
AZXEBER.COM xəbər verir ki, bu diqqət və qayğı onların sağlamlığının bərpası istiqamətində həyata keçirilən tədbirlərdə  öz əksini tapır. Bu sahədə mühüm fəaliyyət göstərən sağlamlıq müəssisələrindən biri də beynəlxalq turizm mərkəzi olan Naftalan şəhərində yerləşən "Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi”dir. Müasir tibbi avadanlıqlarla təchiz olunmuş, peşəkar və yüksək ixtisaslı həkim kollektivi ilə fəaliyyət göstərən bu sağlamlıq mərkəzi Şəhid ailələrinin üzvləri, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarının reabilitasiyası sahəsində ixtisaslaşmış aparıcı müəssisələrindən sayılır.
 
Burada döyüşlər zamanı yaralanmış və müxtəlif xəsarətlər almış qazilərin, digər imtiyazlı şəxslərin sağlamlıqlarının bərpası istiqamətində müasir tibbi yanaşmalar əsasında effektiv müalicə və reabilitasiya xidmətləri göstərilir.

Sağlamlıq Mərkəzində hazırda 200 nəfərə yaxın şəxs müalicə alır. 2026-cı ilin əvvəlindən indiyədək  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə qəbul olunan 1400-dən artıq şəhid ailəsinin üzvü və qazi  əvvəlcə hərtərəfli tibbi müayinədən keçirilib, daha sonra onların sağlamlıq vəziyyətinə uyğun fərdi müalicə və reabilitasiya proqramı müəyyən edilib. Cari ilin  sonunadək bu prosesin davam etdirilməsi nəzərdə tutulub.
 
Məlumat üçün bildiririk ki, müalicə kursu 14 gün davam edir.

Mərkəzdə əsasən dayaq-hərəkət sistemi, oynaq və digər əlaqəli xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsi həyata keçirilir. Müalicə proqramına masaj, müalicəvi bədən tərbiyəsi, fizioterapiya, iqlaterapiya, ozonoterapiya, hidrokolonoterapiya, eləcə də müalicəvi təsiri ilə tanınan Naftalan neft vannaları daxildir.
 Sağlamlıq Mərkəzində həyata keçirilən reabilitasiya tədbirləri pasiyentlərin funksional imkanlarının bərpasına, gündəlik həyat fəaliyyətinə qayıtmalarına və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
16:52 21.07.2026
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
16:43 21.07.2026
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
16:38 21.07.2026
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
16:22 21.07.2026
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
16:16 21.07.2026
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
16:15 21.07.2026
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
16:12 21.07.2026
Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
Prezident: Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq
16:05 21.07.2026
Prezident: Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq
İlham Əliyevlə Merts mətbuat konfransı keçirir
15:56 21.07.2026
İlham Əliyevlə Merts mətbuat konfransı keçirir
Qabiliyyət imtahanında inşanı kompüterdə yazacaqlar - Abituriyentlərin nəzərinə!
15:50 21.07.2026
Qabiliyyət imtahanında inşanı kompüterdə yazacaqlar - Abituriyentlərin nəzərinə!
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanıldı
15:42 21.07.2026
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanıldı
Beş ayda 8 min boşanma: Azərbaycanda ailələrdə nə baş verir? - RƏY
15:36 21.07.2026
Beş ayda 8 min boşanma: Azərbaycanda ailələrdə nə baş verir? - RƏY
Sistemdə qeydiyyatdan keçməyən lisenziyalı bağçalar hansılardır? – AÇIQLAMA
15:32 21.07.2026
Sistemdə qeydiyyatdan keçməyən lisenziyalı bağçalar hansılardır? – AÇIQLAMA
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
15:27 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Xaricdə təhsil adı ilə belə aldadırlar: Tələbələr və valideynlər üçün kritik xəbərdarlıq
15:21 21.07.2026
Xaricdə təhsil adı ilə belə aldadırlar: Tələbələr və valideynlər üçün kritik xəbərdarlıq
2026-cı ilin ilk altı ayında vəzifəsini itirən məmurlar: Kimlər postu ilə vidalaşdı?
15:05 21.07.2026
2026-cı ilin ilk altı ayında vəzifəsini itirən məmurlar: Kimlər postu ilə vidalaşdı?