Naftalanda şəhidin xatirəsinə tikilmiş bulaq kompleksi təmirdən sonra istifadəyə verildi - FOTO

Naftalanda şəhidin xatirəsinə tikilmiş bulaq kompleksi təmirdən sonra istifadəyə verildi - FOTO
SOSİAL
15:41 15.05.2020
718
Naftalan şəhərində şəhid Habil Əliyevin xatirəsinə tikilən abidə-bulağı və bulağın ətrafı əsaslı şəkildə təmir olunub.

AZXEBER.COM xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhidimizin ailəsi ilə görüşmüş, burada aparılmış təmir-bərpa, restavrasiya işləri ilə tanış olmuşdur.

Şəhidin oğlu Samir Əliyev və şəhidin həyat yoldaşı Mahiyyə Əliyeva bütün şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR