Naftalanda silsilə tədbirlər davam edir - FOTOLAR

Naftalanda silsilə tədbirlər davam edir - FOTOLAR
SOSİAL
15:29 25.02.2022
897
Naftalan şəhərinin idarə və müəssisələrində Xocalı faciəsinin 30-cu ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilib.

Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzində "26 fevral Xocalı soyqrımı ” ilə bağlı açıq dərs keçirilib. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş Ulu Öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyi vurğulanmış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərildiyi məktəblilərin diqqətinə çatdırılmışdır.

Naftalan şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə "Xocalı faciəsi – qan yaddaşımız” mövzusunda şeir müsabiqəsi keçirilib. Qaliblərə Natalan şəhər Gənclər və İdman idarəsi tərəfindən diplomlar və hədiyyələr təqdim edilib.

Məktəblərin foyesində şagirdlərin "Əsrin faciəsi”, "Xocalı-30”, "Xocalı qan ağlayır” mövzularında rəsm işləri sərgilənmiş, şagirdlərin Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını əks etdirən "Susdurulmuş şəhərin fəryadı”, "Göynəyən yaram mənim”, "Salam Xocalım” mövzularında təqdimatları dinlənilmişdir. Həmçinin, məktəblərdə 25.02.2021-ci il tarixdə Xocalı faciəsinə həsr edilmiş xüsusi dərslər keçirilib, məktəblərin divar qəzetləri və bülletenləri faciəni əks etdirən məqalələr və fotoşəkillərlə işıqlandırılıb.

Əlilliyi olan şəxslərin və qazilərin iştirakı ilə Naftalan Reabilitasiya Mərkəzində də "Xocalı faciəsi- tariximizin qan yaddaşıdır” mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində videoçarx nümayiş olunub və Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilib.

25 fevral 2022-ci il tarixdə Naftalan şəhər V. Namazov adına Körpələr evi- Uşaq bağçasında Xocalı faciəsinin 30-cu ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib, uşaqların ifasında ədəbi-bədii kompozisiya dinlənilib.

Həmçinin şəhərdə fəaliyyət göstərən digər müəssisə və təşkilatlarda "Xocalı soyqırımı-30 il” mövzusunda tədbirlər davam etdirilir.

Tədbirlər mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil olunub.
 






OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb
22:52 07.03.2026
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
22:36 07.03.2026
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
22:33 07.03.2026
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
22:22 07.03.2026
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
22:15 07.03.2026
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
22:06 07.03.2026
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
21:52 07.03.2026
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
21:32 07.03.2026
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi