Naftalanda Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.
AZXEBER.COM xəbər verir ki, Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov və "Azərişıq” ASC-nin "Mərkəzi Aran” Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) yeni təyin olunmuş rəisi Qədir Həsənov "Azərişıq” ASC-nin yaranmasının 10-cu ildönümü ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin Naftalan şəhərində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Görüş zamanı Naftalan şəhərinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib, yeni təyinat alan rəisə işlərində müvəffəqiyyətlər arzulanıb.