Naftalanda vətəndaşların növbəti onlayn qəbulu keçirilib - FOTOLAR

Naftalanda vətəndaşların növbəti onlayn qəbulu keçirilib - FOTOLAR
SOSİAL
14:16 24.02.2021
1029
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov növbəti onlayn qəbulunu keçirib.
 
AZXEBER.COM xəbər verir ki, qəbulda ayrı-ayrılıqda 30-a yaxın vətəndaşın müraciəti dinlənilib, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb və tapşırıqlar verilib.

Qəbula gələnlər onların şikayət və təkliflərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalan şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
 

 

 


OXŞAR XƏBƏRLƏR