Naftalanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

Naftalanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
SOSİAL
14:57 23.12.2024
611

Respublikamızda ekoloji tarazlığın bərpası, ətraf mühitin mühafizəsi istiqamətində mühüm işlər görülür.

 

AZXEBER.COM xəbər verir ki, görülən işlər çərçivəsində Naftalanda ekologiyanın qorunması və şəhərin yaşıllaşdırılmasına töhfə verilməsi, yaşıllıq zolaqlarının artırılması məqsədilə həyata keçirilən ağacəkmə aksiyaları uğurla davam etdirilir.


Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkın ərazisində növbəti ağacəkmə aksiyası keçirilib. Aksiyada icra hakimiyyətininbaşçısı, şəhər polis şöbəsinin rəisi, YAP Naftalan şəhər təşkilatının sədri iştirak edib.


Müxtəlif növ qozağacları, liqustrum, lisidium, brugmansia kolları əkilib. Ağaclaraaqrotexniki qulluq göstərilib, yeni və mövcud yaşıllıqların suvarılması təmin edilib.


Əsas məqsəd insanların diqqətini ekoloji vəziyyətin yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsinə cəlb etmək, yaşıllıq zolaqlarının genişləndirilməsinə töhfə vermək və ekoloji mədəniyyəti təbliğ etməkdir.

 

 

 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR