Respublikamızın hər bölgəsində olduğu kimi, Naftalanda da "Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir.
AZXEBER.COM xəbər verir ki, keçirilən ağacəkmə aksiyasında şəhər ərazisində müxtəlif yaşıllıqlar salınıb. Bu günə kimi şəhərdə keçirilən aksiyada ümumilikdə 7 mindən artıq müxtəlif növ ağac və gül kolları əkilib.