Naftalanın yeni icra başçısının 37 yaşı var

Naftalanın yeni icra başçısının 37 yaşı var
SOSİAL
20:32 28.09.2026
195
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

AZXEBER.COM yeni icra başçısının dosyesini təqdim edir:

Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anadan olub.

2005–2009-cu illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitet) Beynəlxalq Hüquq fakültəsində hüquqşünas ixtisası üzrə bakalavriat təhsili alıb.

2009–2011-ci illərdə Böyük Britaniyanın London şəhərində Regents Universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıb.

2015–2017-ci illərdə Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində iqtisadiyyat ixtisası üzrə magistr təhsili alıb və fərqlənmə diplomuna layiq görülüb.

2025-ci ildə ABŞ-ın Harvard Universitetində dövlət idarəçiliyi strategiyasının icrası üzrə kursu bitirib.

Məmmədiyə Məmmədov 2013–2022-ci illərdə Xarici İşlər Nazirliyində, o cümlədən Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyi və İstanbul şəhərindəki Baş Konsulluğunda müxtəlif diplomatik vəzifələrdə çalışıb.

2022-ci ilin iyul ayından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində baş məsləhətçi və sektor müdiri vəzifələrində fəaliyyət göstərib.

Əmək fəaliyyəti dövründə bir sıra yerli və beynəlxalq tədbirlərdə iştirak edib və onların təşkilində yer alıb. 2024-cü ildə Bakıda keçirilən COP29-da fəal iştirakına görə Prezident İlham Əliyevin "Təşəkkürnamə”si ilə təltif olunub.

Məmmədiyə Məmmədov Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, iki övladı var.
OXŞAR XƏBƏRLƏR