Naftalanlı iki şəhid anası xəstəxanada ziyarət edilib - FOTOLAR

SOSİAL
14:28 16.12.2024
839
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhər polis rəisi Zaur Bədəlov ilə birlikdə Şəhər Mərkəzi Xəstəxanasında müalicə olunan iki Şəhid anası Zeynab Bayramovanı ziyarət edərək onun səhhəti və xəstaxanada ona yaradılan şəraitlə maraqlanıb.

AZXEBER.COM xəbər verir ki, "Naftalan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Samir Allahverdiyev şəhid anasının səhhəti barədə məlumat verərək vəziyyətinin normal olduğunu, həkimlərin əlindən gələni əsirgəmədiyini, hər cür kömək göstərildiyini bildirib.

Zeynab xanımın övladları Mehman Bayramov 1992-ci il Qarabağ döyüşlərində, mayor Vaqif Bayramov 2016-cı il Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıblar. 

 

 

 

 

 




OXŞAR XƏBƏRLƏR