Nahidin vəziyyəti ağırdır: qara ciyəri və dalağı cırılıb, sümükləri sınıb

Nahidin vəziyyəti ağırdır: qara ciyəri və dalağı cırılıb, sümükləri sınıb
SOSİAL
11:51 09.10.2016
17300
 
 
Dünən keçirilən Azərbaycan - Norveç matçına gedən zaman körpüdən yıxılan Zahidov Nahid Hafiz oğlunun vəziyyəti ağır olaraq qalır.
Bu barədə 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib.
Zahidovun həkimi Aydın Kazımov xəstənin diaqnozunu açıqlayıb: "Xəstəyə qara ciyərin cırılması, dalağın partlaması, sidik kisəsinin cırılması, sağ böyrəyin əzilməsi, sol bazunun və çanaq sümüklərinin sınığı diaqnozu qoymuşuq”.
Həkim qeyd edib ki, onun həyatı üçün təhlükəs davam edir: "Xəstə hazırda reanimasiya şobəsinə yerləşdirilib. Həyatı üçün təhlükə ondan ibarətdi ki, çoxlu orqanlarda zədələnmələr var. Hər şeyi valideyinlərinə də başa salmışıq. Şükür allaha ki, hələlik salamatçılıqdı. Əməliyyatı 3 saatdan yuxarı davam edib”.
Qeyd edək ki, əslən Lerik rayonundan olan olan Nahid hərbi xidmətdən yeni gəlib. O, ailənin iki övladından biridi. Bir bacının qardaşı olan Zahidov Koperasiya Universitetinin məzunudu.
 
 
///futbol11.az-
OXŞAR XƏBƏRLƏR