Nail Allahverdiyev Bakı İstintaq Təcridxanasına köçürülüb

Nail Allahverdiyev Bakı İstintaq Təcridxanasına köçürülüb
SOSİAL
14:58 07.08.2017
1047
Bakıda "Mercedes-Gelandawagen” markalı avtomobil ilə qəza törətmiş Nail Allahverdiyev Bakı İstintaq Təcridxanasına köçürülüb.
 
Bu barədə "Report"a onun vəkili məlumat verib.
 
Vəkilin sözlərinə görə, N.Allahverdiyevin səhhəti hazırda normaldır: "Yanıqlar çox da ciddi deyil. Məhkəmə qərarından apellyasiya şikayəti vermək barədə isə hələ qərar verməmişik. Bizim üç gün vaxtımız var".
 
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu avqustun 3-də Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli hadisə ilə bağlı birgə rəsmi məlumat yayıb. Birgə rəsmi məlumatda bildirilib ki, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi "Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Fakla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı "Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR