Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı

SOSİAL
22:21 04.12.2024
258
Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazindəki mənzillərin birindən 2000 manat dəyərində samovar oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Anar Babayev müəyyən olunaraq saxlanılıb.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, araşdırmalarla A.Babayevin ötən günlərdə paytaxtın Yasamal rayonu ərazisində bloqer Nail Kəmərlinin mənzilindən oğurluğa cəhd edən şəxs olması da müəyyən edilib.

Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

Faktlar üzrə hazırda istintaq araşdırması aparılır.

OXŞAR XƏBƏRLƏR