"Dahi sənətkarlarımız rayondan çıxıb, rayonlu-şəhərli münaqişəsi salmaq düzgün deyil"
Əməkdar incəsənət xadimi bəstəkar Nailə Mirmməmədli rayon əhlini tənqid edənləri qınayıb.
AZXEBER.COM–a açıqlama verən bəstəkar rayon əhalisinə dəstək olub: "Bizim dahi incəsənət xadimlərimiz, Azərbaycanı bütün dünyada tanıdan şəxslər rayonlarda yaşayıblar, onlara hər yerdə azərbaycanlı deyiblər. Onların harada anadan olduqları heç kəsi elə də maraqlandırmayıb. Şəxsən mənə görə kim vətəni ucaldırsa, onun azərbaycanlı olmağı mənə yetərlidir. Biz bilirik ki, Səməd Vurğun, Cabir Novruz, Nüsrət Kəsəmənli, bəstəkarlardan Üzeyir Hacıbəyov, Fikrət Əmirov və belə çoxlu dahilərimiz rayon əhalisidir. Hansı zonadan olmaq şərt deyil, əsas Azərbaycanın adıdır".
Bəstəkar daha sonra qeyd edib:"Bakıya bölgələrdən axın çoxdur. Bu normaldır, bu o demək deyi ki, rayondan gələnlər gəlib Bakını korlayır, bu düzgün yanaşma olmaz. Sadəcə mən çox istərdim ki, əvvəllər olduğu kimi indi də gənclərin təyinatları rayonlara verilsin, onlar gedib, orada da çalışsın”
Nazim Qasımzadə,
AZXEBER.COM
AZXEBER.COM