Qahirədəki Əl Əzhər Universitetinin üləmaları dünyada milyonlarla müsəlmanı maraqlandıran və narahat edən suala cavab veriblər.
Əcəba, namaz zamanı müsəlmanın cib telefonuna zəng gələrsə, ibadətdə olan şəxs nə etməlidir: namazını pozmayaraq ibadətinə davam etməli, yoxsa telefonu söndürüb ibadətdə olmalı?!
"Müsəlmanlar deyirlər ki, namaz qıldıqları zaman telefonları zəng çalır, onlar da nə edəcəklərini bilmirlər. Çünki onlar, telefonu söndürsələr, namazı pozacaqlarından ehtiyatlanırlar. Ümməni narahat edən məsələlərdən biri ilə bağlı olaraq deyirik ki, namaz zamanı telefon zəng çalarsa, onu söndürmək olar və bu, namazı pozmaz. Telefonu söndürün və namazınıza davam edin. Namaz zamanı yaradanla təmasda olmaq üçün yaradılanla təması kəsin", - Üləmalar Şurasının açıqlamasında deylir. //milli.az