Namiq Babayev idmançının ona hücumundan danışdı: “Əgər mən bilsəydim ki...”

Namiq Babayev idmançının ona hücumundan danışdı: “Əgər mən bilsəydim ki...”
SOSİAL
12:46 10.05.2023
1505
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, "Vətən müharibəsi iştirakçısı”, "Cəsur döyüşçü”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Şücaətə görə” medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalaraq çənəsinin sındırılması ilə nəticələnən hadisənin detallarını açıqlayıb.

Namiq Babayev bildirib ki, Rəvan Nəbizadə ona qəflətən yumruq atıb:

"Əgər mən bilsəydim ki, o, məni vuracaq o zaman tədbir görərdim. Rəvan Nəbizadə Vətən Müharibəsinin qazısı olduğunu bildirərək ona əlillik dərəcəsi verilməsini tələb edirdi. Lakin bunu çox qeyri-etik formada həyata keçirməyə çalışırdı.

Qəbul otağında böyük səs-küy yaratmışdı. Həmçinin nümayişkaranə şəkildə vətəndaşlar üçün nəzərdə tutulmuş yerdə deyil, gəlib agentliyin xanım əməkdaşının yerində əyləşdi.
Mən ona yaxınlaşdım və çox sakit şəkildə izah etməyə başladım ki, narahat olmasın, bizim üçün müharibə iştirakçılarının, qazilərin müraciətləri prioritetdir. Əgər onun müraciəti əsaslı olarsa, 100 faiz kömək edəcəyimi bildirdim. Amma o, gözləmədiyim halda mənə yaxınlaşdı və yumruq vurdu. Mən əvvəlcə elə bildim sadəcə dişim qırılıb. Sonradan məlum oldu ki, çənəm qırılıbmış. Hətta bununla kifayətlənməyib ikinci dəfə daha güclü bir zərbə vurdu.

Mən ona qarşı heç bir kobudluq etmədim. Çox mədəni şəkildə dinlədim və cavab verdim. Hətta məni vurduqdan sonra da öz təmkinimi qorudum”.

Bildirək ki, hadisə nəticəsində Namiq Babayevin çənə sümüyü 2 yerdən sınıb, dişləri qırılıb və bu günlərdə əməliyyat olunub.

R.Nəbizadə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.
 
///Yenisabah.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna və Britaniya arasında dron istehsalı sahəsində əməkdaşlıq müzakirə olunub
19:39 26.08.2025
Ukrayna və Britaniya arasında dron istehsalı sahəsində əməkdaşlıq müzakirə olunub
İtaliya klubu Nemanya Matiçin transferini açıqlayıb
19:27 26.08.2025
İtaliya klubu Nemanya Matiçin transferini açıqlayıb
Cənubi Koreya ABŞ-dən 103 təyyarə alacaq
19:14 26.08.2025
Cənubi Koreya ABŞ-dən 103 təyyarə alacaq
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
18:56 26.08.2025
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
18:47 26.08.2025
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
18:33 26.08.2025
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
18:24 26.08.2025
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
18:24 26.08.2025
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır