AZXEBER.COM-unməlumatına görə, teleaparıcı Zemfiranın təqdimatında efirə çıxacaq verilişdə Qaraçuxurlu həmkarları tərəfindən ona elan olunan müharibədən, Röya ilə küsməyinə kimin səbəbkar olmasından, müğənniylə barışdığından və ən əsası - evlilik həyatından söz açacaq.Layihənin rəhbəri Nail Naiboğlunun bildirdiyinə görə, meyxanaçı Aygün Kazımovayla bağlı olan suallardan başqa, ondan soruşulan hər bir məqama aydınlıq gətirib. Hətta meyxanaçı özünə xalq artisti haqda danışmağı qadağan edib.Verilişdə həmçinin yerli şou nümayəndələrinin kliplərindən ibarət "Onluq" təqdim olunacaq. Qeyd edək ki, bu dəfə "Onluq"da Röya, Abbas Bağırov, Eldar Qasımov, Nigar Camal, Səbinə Babayeva, Nadir Qafarzadə, Rəhim Rəhimli, Zaur Əmiraslanov və Zarinanın klipləri yer alıb.