Namiq Qaraçuxurlu: "Qızım heç mənim mahnılarımı dinləmir"

Namiq Qaraçuxurlu: "Qızım heç mənim mahnılarımı dinləmir"
MAQAZİN
12:13 30.06.2025
160
"Qızımın 10 yaşı var, seçimlərini öz ixtiyarına buraxmışam".
 
AZXEBER.COM xəbər verir ki, bunu meyxanaçı Namiq Qaraçuxurlu deyib.
 
"Afaqla onlar" verilişində qonaq olan sənətçi, ilk dəfə qızı ilə bağlı bəzi məqamlara toxunub:
 
"Qızımın 10 yaşı var, özü görünmək istəmir. Seçimlərini öz ixtiyarına buraxmışam. O özü nə vaxt mənə desə ki, bu olar, o olar, ona uyğun hərəkət edərəm. "Yaşıl teatr" konsertimdə də özü istədi, çıxdı səhnəyə, mən də onu təqdim etdim. Rəqsə çox meyillidir, bütün uşaqlar kimi rəqs etməyi o da sevir. Müğənni olmaq istəsə, heç bir etiraz bildirmərəm, dəstək olaram. Amma bizim müğənilərdən hələ ki, heç kimi dinləmir. Uşaq vaxtı mənim mahnılarıma qulaq asırdı, böyüyəndən sonra yox. "
 
Aysel
OXŞAR XƏBƏRLƏR