Namiq Qaraçuxurlu yuxusuz gecələrindən danışdı

Namiq Qaraçuxurlu yuxusuz gecələrindən danışdı
MAQAZİN
20:00 14.10.2013
1728

Meyxanaçı Namiq Qaraçuxurlu tədbirlərin birində fotokameramızın obyektivinə tuş gəlib

Sənətçinin arıqlaması diqqət çəkib.Namiqbuna iş çoxluğunun və yuxusuzluğun səbəb olduğunu deyib: "Son vaxtlar işlərimin çoxluğundan istirahət edə bilmirəm. Bütün gün çəkilişlərə, şənliklərə qaçıram. Bu arada idmanla da məşğul oluram. Axşam saat 6-dan sonra çörək yemirəm. Əgər harasa qonaq gedirəmsə və orada çox yeyirəmsə, dərhal o kalorini yandırmaq üçün idman edirəm. Bu aralar gecə səhərə kimi normal yuxu yata bilmirəm. Bu da çəkimin azalmasına səbəb olur". Meyxanaçı təşkilatçıNahid Emiloğluilə barışmalarından da danışıb: "Nahid efirdə dedi ki, Namiq zarafat edir, aramızda narazılıq yoxdur. Amma, doğrudan, aramızda problemlər var idi. Sonuncu konsertimdən sonra bir az fikir ayrılığı olmuşdu. Lakin biz küsülü deyilik, danışırıq". Namiq 2014-cü ildə solo konsert verəcək. Bu konserti üçün isə o, təmtəraqlı şəkildə hazırlaşır. Meyxanaçı buna görə xüsusi ssenari hazırladığını bildirib. (axsam.az)

OXŞAR XƏBƏRLƏR