Namiq xanımından yazdı: Bu ocağın sönməsi üçün əllərindən gələni etdilər

Namiq xanımından yazdı: Bu ocağın sönməsi üçün əllərindən gələni etdilər
MAQAZİN
20:36 12.10.2025
245
Namiq Qaraçuxurlu ilk dəfə xanımı ilə bağlı paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, cütlük bu gün evlilik ildönümlərini qeyd edib.

Xanımına eşq dolu sözlər ithaf edən Qaraçuxurlu xoşbəxtliyini bu sözlərlə dilə gətirib:

"12 oktyabr mənim üçün özəl gündür. İllər öncə bu gün yüzlərlə insan məni qucaqlayıb, "Toyun mübarək, xoşbəxt ol!” demişdi. İllər keçdikcə nə qədər doğru bir addım atdığımın fərqinə varıram. Bu illər ərzində çox sınaqlardan keçdik, bir çox çətinliklərə sinə gərdik. Bu ocağın sönməsi üçün günahdan qorxmayan mərdməzarlar əllərindən gələni etdilər.
 
Belə məqamlarda isə əksinə — bir az da möhkəmləndik. İnsanın öz qismətini tapması bu fani dünyada verilən ən dəyərli hədiyyədir. Hədiyyən üçün təşəkkürlər, səxavətli Allahım".
 
Xatırladaq ki, cütlük 2015-ci ildə ailə qurub. Onların Sara adlı bir qızı var.

Aysel

 



OXŞAR XƏBƏRLƏR