Namiqdən açıqlama: “Aygün xanımın məndən sonra ... uğursuzdur"
MAQAZİN
18:07 20.04.2015
1632
Meyxanaçı Namiq Qaraçuxurlu keçmiş duet ortağı, xalq artisti Aygün Kazımova haqqında açıqlama verib.Sənətçi “Onlar”a müsahibəsində onunyeni duetlərini uğursuz adlandırıb:“Aygün xanımın məndən sonra oxuduğu duetlər uğursuzdur. Birlikdə oxuduqlarımız daha yaxşı idi. İndi də hara gediriksə, o duetləri eşitmək istəyirlər. Sənət dostlarımız da məndən həmin mahnıları oxumaq üçün icazə alırlar. Aygün xanımın da fikrini öyrənib, sonra razılıq verirəm. Yoxsa aləm dəyər bir-birinə. Mənim də ondan sonrauğurlu duetim olmadı.Hətta onunla işbirliyinə son qoyandan sonra iki il heç kimlə duet oxumadım. Böyük məmnuniyyətlə yenidən Aygün Kazımova ilə işbirliyi quraram. Amma şərhlərdən qorxuram. Pis fikirlər yazılır. Bu da şəxsi həyatıma təsir edir".