"Deputatlığa namizədlər arasında 30-35 yaş olan gəncləri görmürəm”.
AZXEBER.COM xəbər verir ki, bu fikirləri aparıcı Tarix Əliyev sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, parlamentdə mütləq gənclərə də yer verilməlidir:
"Düşünürəm ki, biz xarici ölkələrdəki kimi bəzi gənclərə yer verməliyik. Çünki dövlət başçımız İlham Əliyev də hər zaman gələcəyimizi düşünür və gənclərimizə çox böyük prioritetlər verir. Gənc icra başçıları təyin edir. Məncə, millət vəkillərimizin də içində həm intellektual səviyyəsi olan, həm dünyagörüşü olan, xarici dilləri bilən gənclərimiz də olmalıdır. Bir vətəndaş olaraq düşünürəm ki, bizim parlamentimizdə yalnız siyasətçi insanlar yox, idman sahəsindən ən uğurlu gənclərdən də namizədlər ola bilər. Başqa sahələrdən də müəllimlərimiz var. Amma mən yalnız keçmiş vəzifə sahibini və ya rektorun yenidən deputatlığa namizəd olduğunu görürəm. Yaxşı olardı ki, parlamentdə gənclərimizə də yer verilsin”.
Ətraflı videoda: