"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində öz meydanında millimizi 3:0 hesabı ilə məğlub edən Portuqaliya yığmasının futbolçusu Luiş Nani oyunla bağlı fikirlərini bölüşüb.
Qol.Az-ın Portuqaliyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Nani Azərbaycanla oyunun çətin keçdiyini bildirib:
"Çətin oyun oldu. İlk hissədə qol vura bilmədik. İkinci yarıda baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirdik. Rəqib çox yaxşı komanda təsiri bağışlayır. Lakin onların bizimlə oyunda müəyyən qədər təcrübəsi çatmadı".