İtaliyanın "Napoli" klubu cinah müdafiəçisi Matteo Politano ilə müqavilənin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni sözləşmə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 32 yaşlı futbolçu 2020-ci ilin əvvəlində "İnter"dən "Napoli"yə keçib. O, Neapol kollektivinin heyətində 238 oyun keçirib, 34 qol vurub və 35 məhsuldar ötürmə verib.
Politano İtaliya millisinin heyətində 16 oyunda 4 dəfə fərqlənib.