"Napoli" "Mançester Siti"nin vingerini heyətinə qatmağı düşünür

"Napoli" "Mançester Siti"nin vingerini heyətinə qatmağı düşünür
İDMAN
02:29 09.05.2025
976
İtaliya təmsilçisi "Napoli" İngiltərənin "Mançester Siti" klubunun vingeri Cek Qrilişi heyətinə qatmağı düşünür.

A Seriyası təmsilçisinin baş məşqçisi Antonio Konte futbolçunun çıxışını bəyənir.

29 yaşlı oyunçu özü də Neapol kollektivinin heyətinə qoşulmağın əlehinə deyil.

Qeyd edək ki, Cek Qriliş cari mövsüm "Mançester Siti"nin heyətində 31 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun komandası ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

"Transfermarkt" portalı Qrilişin dəyərini 35 milyon avro qiymətləndirir.
 
///report
OXŞAR XƏBƏRLƏR