"Napoli" prezidenti: "Hiquain xain və nankordur"

İDMAN
13:41 27.07.2016
1060
Qonzalo Hiquainin "Napoli"dən "Juventus"a keçməsi bu yayın ən səs-küylü transferlərindən biri olacaq. Təkcə transferin qiymətinə (90 milyon avro) deyil, həm də klublar arasındakı prinsip məsələsinə görə.

Goal.az xəbər verir ki, Neapol klubunun prezidenti Aurelio De Laurentis argentinalı futbolçunun bu addımını xəyanət kimi qiymətləndirib.

"Juventus"un Hiquainə görə buraxılış qiymətini ödəməyə razılaşmasından yarım saat sonra növbəti mövsüm üçün planlarımızı qurmağa başladıq. Qonzalonun agenti tərəfindən verilən açıqlamadan sonra anladıq ki, bəlkə də, onun əvəzinə başqa oyunçu tapmalı olacağıq. Sözün düzü, Hiquainin bu tərzdə gedib "Napoli"də keçirdiyi 3 ilin üstündən xətt çəkəcəyini gözləmirdik. Kimlərsə xəyanət haqqında danışmağın mübaliğəli olduğunu düşünür. Mənim fikrimsə başqadır. Qonzalonun hərəkəti elə xəyanət idi. Buna nankorluğu da əlavə edirəm. Ola bilər ki, "Juventus" buraxılış qiymətini ödəməklə formallığa tam əməl etsin. Amma Turin klubundan belə addımı gözləmirdim".

Qeyd edək ki, bir neçə gün öncə "qoca senyora"nın idman direktoru Beppe Marotta Qonzalo Hiquaini transfer etmək istəmədikləri barədə açıqlama vermişdi.
OXŞAR XƏBƏRLƏR