“Napoli” səfərində “Qarabağ”ı mindən çox azarkeş dəstəkləyəcək

“Napoli” səfərində “Qarabağ”ı mindən çox azarkeş dəstəkləyəcək
İDMAN
14:01 24.11.2025
161
"Qarabağ”ı İtaliyada "Napoli”yə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda 1000-dən çox azarkeş dəstəkləyəcək.

Bu barədə AZXEBER.COM-a klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

O bildirib ki, "Napoli”yə qarşı matçda tribunada 1100 azərbaycanlı fanat olacaq.

Qeyd edək ki, "Napoli” -"Qarabağ” matçı noyabrın 25-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00-da)  "Stadio Diego Armando Maradona” stadionunda start götürəcək.

OXŞAR XƏBƏRLƏR