"Napoli"dən Osimhen üçün endirim - 10 milyon avro

"Napoli"dən Osimhen üçün endirim - 10 milyon avro
İDMAN
12:38 01.05.2025
598
Türkiyə Superliqasının nəhəngi "Qalatasaray"ın icarəyə götürdüyü hücumçu Viktor Osimhen gələn mövsüm Səudiyyə Ərəbistanında oynaya bilər.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Napoli" "Əl Hilal"la anlaşmağa yaxındır.

Danışıqlar zamanı İtaliya komandası Səudiyyə komandasına bir şərtlə endirim edəcəklərini çatdırıb. İyun ayına qədər ödəniş edəcəyinə zəmanət versə, Əl-Hilal Osimheni 65 milyon avroya heyətinə qata bilər.

Qeyd edək ki, "Napoli" bir çox Avropa nəhənglərinin istədiyi ulduz hücumçusu üçün ən azı 75 milyon avro gözləyirdi. 

Gülay
OXŞAR XƏBƏRLƏR