"Napoli"nin çempionluq gecəsində azarkeşlər arasında qarşıdurma: 4 atışma, 1 bıçaqlanma

İDMAN
11:53 05.05.2023
228
26 yaşlı azarkeşin ölümü 33 ildən sonra İtaliya A Seriyasının çempionu olan "Napoli"nin bayramına damğasını vurub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, vurulan azarkeşin xəstəxanaya aparıldığı, lakin dünyasını dəyişdiyi açıqlanıb.

Çempionluq gələndən sonra bütün azarkeşlər Neapol küçələrə çıxıb bayram ediblər.

Həyatını itirən fanatlar Piazza Volturno ərazisində keçirilən şənliklərdə də olub.

Bir çox azarkeş də xəsarət alıb. Xəstəxanalara 203 nəfər müraciət etdiyi halda, onların arasında 4 atışma, 1 bıçaqlanma hadisəsi baş verib. Bundan başqa, atəşfəşanlıqla bağlı xəsarətlər, çiyin çıxığı, bilək sınığı, burun sınığı, kəllə-beyin travması da siyahıya salınıb.

Bayram şənliyi zamanı avtomobil vuran 20 yaşlı gənc qadının da müalicəsi xəstəxanada davam etdirilir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR