"Napoli"nin oyunçusu cinayətin qurbanı oldu

"Napoli"nin oyunçusu cinayətin qurbanı oldu
İDMAN
05:28 28.10.2026
237
"Napoli"nin braziliyalı qanad oyunçusu Alisson Santos gecə evində soyğunçuluğun qurbanı olub.

Oğruların futbolçu yatarkən evinə girib saatını, zinət əşyalarını və avtomobilini oğurladıqları bildirilir.
 
Oyunçunun özü zərər çəkməyib və cinayətdən yalnız həmin səhər əşyalarının itdiyini aşkar etdikdə xəbər tutub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları daha sonra futbolçunun avtomobilini Neapolun kənarında tapıblar. Qalan oğurlanmış əmlak hələ də tapılmayıb. Polis araşdırmalarını davam etdirir və soyğunçuluğun səbəblərini müəyyən edir.
 
///lent.az///
OXŞAR XƏBƏRLƏR