Naqif Həmzəyev danışdı: "Rəsulzadə tarixi şəxsdir..." - VİDEO

Naqif Həmzəyev danışdı: "Rəsulzadə tarixi şəxsdir..." - VİDEO
SİYASƏT
01:22 05.12.2015
2622

Bir neçə gündür Məhəmməd Əmin Rəsulzadə ilə bağlı fikirlərinə görə tənqid olunan gənc deputat Naqif Həmzəyev bu gün parlamentin iclasından öncə jurnalistlərə açıqlama verib.

Millət vəkili açıqlamasında Rəsulzadəni təhqir etmədiyini vurğulayıb: “"Mən dəfələrlə qeyd etmişəm ki, burda heç bir müsahibədən söhbət gedə bilməz. Çox təəssüflər olsun ki, orada olan dialoq təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılıb. Mən yenə də deyirəm mən tək və yeganə liderim var, o da ümummilli lideri Heydər Əliyevdir. Mən Məhəmməd Əmin Rəsulzadəni təhqir etməmişəm və təhqir etmək də fikrim yoxdur. Mən başa düşmürəm ki, söylədiyim fikirlərə, yoxsa dediyim cümlələrə görə günahlandırılıram. Bir daha bəyan edirəm ki, mənim tək liderim var, o da ümummilli liderimiz Heydər Əliyevdir. Etmədiyim əmələ görə heç bir məsuliyyət daşımıram. Məhəmməd Əmin Rəsulzadəni təhqir etməmişəm və etmək fikrim də yoxdur. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş medianın bəzi nümayəndələri bu peşəni biznes maraqlarına qurban veriblər”.

 "Elə isə Rəsulzadə sizin üçün kimdir?" sualına gəlincə... "Mən dedim, mənim tək və yeganə bir liderim var, o da ümummilli lider Heydər Əliyevdir. Rəsulzadə tarixi şəxsdir. Tarixi şəxslərə bizim hörmətimiz var. Gəncə şəhərində ilk növbədə Gəncənin adı ilə bağlı olan Nizami Gəncəvi, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin yaradıcılığı dərindən öyrənilir və onların xatirələrinin əbədiləşdirilməsi üçün lazımi addımlar atılır dövlətimiz tərəfindən. Lazım gələrsə, digər işlər də görüləcək".

N.Həmzəyev informasiya terrorunun qurbanına çevrildiyini bəyan edib: “Mən fikrimi dedim, mənim açıqlamam da kifayət edir. Xahiş edirəm siz də doğru, düzgün və tərəfsiz bu informasiyanı ictimaiyyətə çatdırasınız".

Deputat Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Əbiyevin onun barəsində səsləndirdiyi fikirlərə belə reaksiya verib: “Məni provokasiyalara çəkməyin. YAP bu məsələyə münasibət bildirib və qeyd olunub ki, prosedur necə olur”.

Qeyd edək ki, Naqif Həmzəyevin ADR-in banisi Məhəmməd Əmin Rəsulzadə ilə bağlı səsləndirdiyi fikirlərdə parlamentin bu keçirilən iclasında da diqqət çəkilib. Mİllət vəkili Fazil Mustafa deputatın fikirlərinə parlamentin qiymət verməsi məsələsini gündəmə gətirib. O qeyd edib ki, təhqir yolverilməzdir: “Deputat həmkarımız tərəfindən Məhəmməd Əmin Rəsulzadə barəsində səsləndirilən fikirlər cəmiyyətdə ajiotaj yaradıb. Tarixi şəxslər haqqında ziddiyyətli fikirləri hər kəs söyləyə bilər. Amma elə şəxslər var ki, onlar dövlətin qurucularıdır. Kimsə bu qurucuları qəbul etmirsə, demək ki, onun qurduğu dövlətdə yaşamaqdan da məmnunluq hiss etmir. Biz Cəbhə dövründə indiki hakimiyyətə qarşı kəskin mübarizə aparmışıq. Amma Elçibəy vəfat edəndə Heydər Əliyevin onun məzarının başında dayanması cəbhəçilərin böyük əksəriyyətinin fikirlərini 180 dərəcə dəyişdi”.

Birinci vitse-spiker Ziyafət Əsgərov deputatın fikirlərinə belə cavab verib: “Naqif müəllimin müsahibəsini oxudum. Deyib ki, belə bir şey deməyib. Hər halda, bu məsələ araşdırılmalıdır. Araşdırılmamış ittiham irəli sürmək düzgün deyil. Müxbir deyib ki, deyib, Naqif Həmzəyev isə deyir ki, deməyib. Ona görə də qəzet redaksiyası və Naqif Həmzəyev oturarlar bir arada, bu məsələni müzakirə edərlər”.

APA

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib