Naqif Həmzəyev: Mehriban Əliyevanın Rusiya səfəri idman sahəsində əməkdaşlığın inkişafına daha da təkan verəcək

Naqif Həmzəyev: Mehriban Əliyevanın Rusiya səfəri idman sahəsində əməkdaşlığın inkişafına daha da təkan verəcək
İDMAN
15:55 27.11.2019
3585

Bu gün idman sahəsində aparılan siyasəti ölkəmiz üçün ən vacib məqamlardan biri kimi dəyərləndirmək olar. Bu baxımdan Azərbaycan Respublikasının birinci vitse-Prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri çərçivəsində "Lujniki” Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış olmasını göstərmək olar.

Bununla bağlı danışan millət vəkili Naqif Həmzəyev Rusiya ilə Azərbaycan arasında münasibətlərin qədim və möhkəm dostluq, mehriban qonşuluq ənənələrinə əsaslandığını deyib. Millət vəkili bildirib ki, iki dövlətin başçıları-İham Əliyev və Vladimir Putinin siyasi iradəsi ikitərəfli əlaqələrin dərinləşdirilməsində həlledici rol oynayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri isə ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində atılmış növbəti addım oldu:

"İki ölkə arasındakı gələcək əlaqələrin inkişafına hədəflənmiş rəsmi səfər həm Rusiya, həm də Azərbaycan ictimaiyyəti tərəfindən diqqətlə izlənildi, nüfuzlu mətbu orqanlarında işıqlandırıldı. Səfər çərçivəsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Federasiya Hökumətinin sədri Dmitri Medvedyevlə keçirilən görüşləri, hərtərəfli əlaqələrin getdikcə daha da şaxələnməsinə, Azərbaycan-Rusiya münasibətləri arasında ikitərəfli əlaqələr səmərəli və dinamik inkişafına yeni baxış oldu. Səfər çərçivəsində Rusiya – Azərbaycan regionlararası forumun keçirilməsi, imzalanan sazişlər iki ölkə arasında siyasi və iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi ikitərəfli əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə çatmasına ən yaxşı nümunə kimi yaddaşlara yazıldı”.

Milət vəkili qeyd edib ki, səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi-ticarət, turizm, sosial, humanitar, mədəni sahələrlə yanaşı idman sahəsində əlaqələrin inkişaf etdirilməsi diqqətdən kənarda qalmayıb:
"17 ildir ki Azərbaycanda Gimnastika Federasiyasının prezidenti kimi ölkəmizin idman sahəsinə töhfələrini verən Mehriban xanım Əliyeva Moskvada "Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə yaxından tanış olub. Mərkəzin rəhbəri Rusiyada müasir bədii gimnastika Bədii Gimnastika Federasiyasının prezidenti, milli yığmanın baş məşqçisi, idman aləmində nüfuzlu şəxslərdən olan İrina Viner-Usmanova ölkələrimiz arasında idman və dostluq əlaqələrinin inkişafında xüsusi rolu olduğuna görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dostluq” ordeni ilə təltif edilib”.
Millət vəkili Naqif Həmzəyev Azərbaycanın Birinci vitse-prezidentinin Rusiyaya rəsmi səfərinin bütün sahələrdə mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulan münasibətlərdə olduğu kimi idman sahəsində də əməkdaşlığın inkişaf mərhələsinin davamı olacağını bildirib.

Azərbaycanın birinci vitse- Prerezidenti Mehriban xanım Əliyevanın Rusiyaya səfəri çərçivəsində idman sahəsində görülən işlər əlbəttə ki, ölkəmizdə aparılan idman siyasətinin inkişafından xəbər verir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO