04:35 Cümə, 28 Fevral 2020
Seçki2020

Naqif Həmzəyevin seçicilərlə görüşləri uğurla davam edir - VİDEO - FOTO

10:05, 23.01.20201957
Naqif Həmzəyevin seçicilərlə görüşləri uğurla davam edir - VİDEO - FOTO
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Naqif Həmzəyevin seçiciləri ilə görüşləri davam edir.

Seçki dairəsinin əhatə etdiyi məhəllələrdə, mənzillərdə seçiciləri ilə görüşən Naqif Həmzəyev onları maraqlandıran suallara cavab verib, qaldırılan problemlərinin həll edilməsi üçün müvafiq orqanlara müraciət edəcəyini bildirib.

V çağırış Milli Məclisin deputatı kimi fəaliyyəti dövründə ona səs vermiş seçicilərinin etimadını doğrultmağa çalışdığını qeyd edən Naqif Həmzəyev seçiciləri fəal olmağa və fevralın 9-da məntəqələrə gedərək ən layiqli namizədə səs verməyə çağırıb.

Seçiçilər də öz növbəsində fevralın 9-nu səbrsizliklə gözlədiklərini, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş uğurların davamlı olması üçün Yeni Azərbaycan Partiyasının təmsilçilərinə səs verəcəklərini bildiriblər.
 

 

 

 

 

 

XƏBƏR LENTİ