“Nar” 2018-ci ilin üçüncü rübünün nəticələrini açıqladı

“Nar” 2018-ci ilin üçüncü rübünün nəticələrini açıqladı
İQTİSADİYYAT
17:56 28.11.2018
7130
Cari ilin üçüncü rübünün nəticələrinə əsasən "Nar” bir çox göstəricilər üzrə yüksək artım dinamikası nümayiş etdirib və bir çox uğurlu layihələr təqdim edib.

Təkmilləşdirmə işlərinin nəticəsi olaraq ikinci rübdən bu yana 370-dən çox 4G, 70-dən çox 3G baza stansiyaları qurulub. Hazırda ölkə ərazisində "Nar” 4G baza stansiyalarının sayı 1620-ni, 3G baza stansiyalarının sayı isə 2670-i ötüb. 4G və 3G baza stansiyalarının sayını sürətlə artıran "Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq, Bakı və Abşeron yarımadasından başqa 40-dan çox bölgə mərkəzləri "Nar” 4G şəbəkəsi ilə əhatə olunub. Nəticədə mobil operatorun abunəçi bazası üçüncü rübdə 4% artıb. "Nar” hazırda 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.

Yeni istismara verilən "Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksək keyfiyyətli mobil internet xidməti nəticəsində, 2018-ci ilin əvvəli ilə müqayisədə, "Nar” 4G internetindən istifadə edənlərin sayı 2 dəfə artıb. Hazırda "Nar”-ın yüksək keyfiyyətli 4G xidmətindən istifadə edən abunəçilərin sayı yarım milyona çatıb.

"Nar”-ın üçüncü rüb ərzində həyata keçirdiyi əhəmiyyətli layihələrdən bir də brendini və şüarını yeniləməsi oldu. Yenilənmiş "Nar” brendi müştərilərin ehtiyaclarını qarşılamaq, onların etibarlı tərəfdaşı olmaq məqsədi daşıyır.

Daim yenliklər edən "Nar” Azərbaycan telekommunikasiya bazarında ilk dəfə olaraq, onlayn TV - "Nar TV” tətbiqini təqdim edib. "Nar TV” istənilən məkanda və vaxtda mobil telefonlarda və ya tabletlərdə idman, əyləncə, uşaq, film, xəbər də daxil olmaqla, 100-ə qədər seçilmiş yerli, regional və beynəlxalq televiziya kanallarına giriş imkanı verir.

Üçüncü rüb ərzində müştəri məmnuniyyətində də artım müşahidə olunub. "Nar” ölkə ərazisi boyunca 3G, 4G və LTE-A şəbəkəsini genişləndirməklə, abunəçilərə sərfəli qiymətə yüksək keyfiyyətli mobil internet paketlərini təqdim etməklə müştəri loyallığı indeksinin artımına müvəffəq olub. Üçüncü rüb ərzində müştəri loyallığı indeksi 11%, internet məmnuniyyəti indeksi isə 4% artıb.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə "Nar” zəng xidmətlərinin keyfiyyətinin yüksəldərək "HD-Voice” xidmətini tətbiq etmiş və həmin ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail

olmuşdur. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub
17:18 07.06.2025
Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
16:55 07.06.2025
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
16:27 07.06.2025
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
16:17 07.06.2025
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:03 07.06.2025
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq