“Nar” Azərbaycanda ilk üztanıma texnologiyalı eSIM xidmətini təqdim etdi

“Nar” Azərbaycanda ilk üztanıma texnologiyalı eSIM xidmətini təqdim etdi
İQTİSADİYYAT
13:36 08.08.2022
460

"Nar” ölkədə ilk olaraq üztanıma texnologiyalı eSIM xidmətini təqdim etdi.

 

Bu xidmət mövcud, eləcə də yeni abunəçilər üçün eSIM nömrəni heç yerə getmədən esim.nar.az səhifəsindən rahat şəkildə əldə etmək imkanı yaradıb.

Plastik SIM kartlardan fərqli olaraq, eSIM nömrənin zədələnməsi, itməsi hallarını və ya dublikatı üçün müştəri xidmətlərinə yaxınlaşma zəruriyyətini aradan qaldırır, eləcə də telefonda bir neçə nömrənin istifadəsini mümkün edir.

Qeyd edək ki, eSIM rəqəmsal texnologiyası Azərbaycanda yalnız 2 mobil operator tərəfindən təqdim olunur.

OXŞAR XƏBƏRLƏR