“Nar”-ın “Yerlim” tarifini seçənlərin sayı artmaqdadır

“Nar”-ın “Yerlim” tarifini seçənlərin sayı artmaqdadır
İQTİSADİYYAT
16:37 29.10.2018
4291
"Nar”-ın "Yerlim” tarifinə qoşulanların sayı son 1 il ərzində 43 % artıb. Xüsusi olaraq bölgələr üçün nəzərdə tutulan "Yerlim” tarifinə qoşulanların daim artması bu tarifin bölgə sakinləri üçün sərfəli olması ilə əlaqədardır. Bölgələrdə yaşayan abunəçilər bu tarifə qoşulmaqla dəqiqəsi 1 qəpikdən zəng edə bilirlər.

Mobil operatorlar arasında paytaxtla yanaşı, ölkənin regionlarına göstərdiyi diqqətilə seçilən "Nar” yeni istifadəyə verdiyi baza stansiyaları sayəsində öz bölgə tarifinin istifadəçilərinin sayını əhəmiyyətli dərəcədə artırmağa nail olub. 4G və 3G baza stansiyalarının sayını sürətlə artıran "Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir.

Mobil operator 2018-ci il ərzində bölgələrdə 330-dan şox yeni baza stansiya qurub. Qurulan yeni stansiyalarının 230-a yaxın 4G, 100-dən çoxu isə 3G baza stansiyasıdır. Ümumilikdə "Nar” 2018-ci ildə ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində yüksək sürətli 4G texnologiyasının tətbiqinə nail olub.

"Yerlim” tarifi haqqında ətraflı məlumatı https://www.nar.az/yerlim internet səhifəsindən öyrənmək olar.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çili sahillərində 7,4 maqnitudalı zəlzələ baş verib
18:16 02.05.2025
Çili sahillərində 7,4 maqnitudalı zəlzələ baş verib
Xocalıda 17 yaşlı oğlanın əlində qumbara partladı - Barmaqlarını itirdi
18:01 02.05.2025
Xocalıda 17 yaşlı oğlanın əlində qumbara partladı - Barmaqlarını itirdi
6 aprel imtahanlarının nəticələri - Ən yüksək balı o topladı
17:46 02.05.2025
6 aprel imtahanlarının nəticələri - Ən yüksək balı o topladı
Orxan Məmmədov: İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib hissəsidir
17:26 02.05.2025
Orxan Məmmədov: İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib hissəsidir
"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar
17:02 02.05.2025
"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:00 02.05.2025
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM
16:54 02.05.2025
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM
Anar Yusub konsert verəcək - VİDEO
16:50 02.05.2025
Anar Yusub konsert verəcək - VİDEO
Elşad Hacıyev: Bank kartlarından oğurluğun qarşısının alınması hər bir şəxsin özündən asılıdır
16:33 02.05.2025
Elşad Hacıyev: Bank kartlarından oğurluğun qarşısının alınması hər bir şəxsin özündən asılıdır
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
16:19 02.05.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Komissiya sədri: "Global Media Group"a məxsus media resurslarına kiberhücum Rusiyadan qaynaqlanıb"
16:13 02.05.2025
Komissiya sədri: "Global Media Group"a məxsus media resurslarına kiberhücum Rusiyadan qaynaqlanıb"
Avropa İttifaqı "TikTok"u 530 milyon avro cərimələdi
16:07 02.05.2025
Avropa İttifaqı "TikTok"u 530 milyon avro cərimələdi
AZAL sərnişinlərinə xidmət siniflərini daha sərfəli yüksəltmək imkanı təqdim edir
15:54 02.05.2025
AZAL sərnişinlərinə xidmət siniflərini daha sərfəli yüksəltmək imkanı təqdim edir
Unibank ADA və UNEC tələbələri üçün dayanıqlı maliyyə seminarları təşkil edib - FOTOLAR
15:52 02.05.2025
Unibank ADA və UNEC tələbələri üçün dayanıqlı maliyyə seminarları təşkil edib - FOTOLAR
Balidə rusiyalı məşqçinin cəsədi tapıldı
15:48 02.05.2025
Balidə rusiyalı məşqçinin cəsədi tapıldı
DSX Xəzərdə əməliyyat keçirdi - Bir nəfər zərərsizləşdirilib
15:45 02.05.2025
DSX Xəzərdə əməliyyat keçirdi - Bir nəfər zərərsizləşdirilib