Nar Mobile bilik yarışmasına dəstək oldu

İQTİSADİYYAT
13:21 28.06.2013
2068

“Mən Azərbaycanlıyam” yarışmasının qalibləri ödəmə kartları ilə mükafatlandırılacaqlar

Nar Mobile mobil operatoru təhsilə dəstək, gənclər üçün peşə imkanlarının yaradılmasına yönələn sosial məsuliyyət strategiyasına uyğun olaraq hər il bır sıra layihələrə imza atır. Belə ki, bu dəfə mobil operator iyunun 1-dən dekabrın 1-dək davam edəcək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə təşkil olunan “Mən Azərbaycanlıyam” onlayn bilik yarışmasına dəstək oldu.

Qeyd edək ki, yarışmada www.azerbaycanliyam.az veb-saytı və Facebook səhifəsi vasitəsilə iştirak etmək mümkündür. Hər 10 gündən bir ilk onluğa düşən iştirakçıların hər birinə netbuk, ilk yüzlüyə düşənlərə isə mobil operatorların 10 manatlıq ödəmə kartları təqdim olunacaq. Ayın qaliblərinə iPhone və iPad, super finalın qaliblərinə pul mükafatları veriləcək.

Super finalın qalibi əgər İKT ixtisası üzrə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ilə müəyyən olunan universitetin magistr pilləsinə daxil olarsa, pul mükafatı əvəzinə onun üçün RİTN-də yaradılmış İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu tərəfindən təhsil haqqı ödənilə bilər.

OXŞAR XƏBƏRLƏR