Nar Mobile İncəsənət layihəsinə dəstək oldu - FOTOLAR

İQTİSADİYYAT
15:13 04.06.2013
2616

“Azerbaijan Art Festival - 2013” Nar Mobile-in baş sponsorluğu ilə həyata keçirilir.

Xalqımızın milli və mədəni irsinin qorunub saxlanmasına və inkişafına yönələn layihələrə daima dəstək olan Nar Mobile İyun ayının 4-də Baku Creative Center yaradıcılıq mərkəzinin layihəsi olan “Azerbaijan Art Festival - 2013” açılışını elan etmişdir. İyunun 4-dən iyulun 10-dək davam edən irimiqyaslı Festival turne şəklində keçirilərək, qalereyaya malik rayonlar ərazisini əhatə edəcək ki, bu da Azərbaycanda ilk bu tipli sərgilər olacaq.

“Azerbaijan Arts Festival”-ın təntənəli açılış mərasimi 4 iyun tarixində Bakı Biznes Mərkəində mətbuat üçün press konfrans və daha sonra axşam Baku Creative Center yaradıcılıq mərkəzində sərginin açılışı ilə baş tutmuşdur.

Təkcə Bakı şəhərində deyil, regionlarda yerləşən qalereyaları da əhatə edəcək layihə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, “Nar mobile”in baş sponsorluğu, Bakı Biznes Mərkəzinin sponsorluğu ilə həyata keçirilir. Layihənin əsas məqsədi səyyah sərgilər və ustad dərslər sayəsində ölkənin digər şəhər və rayonlarında sadə insanların incəsənətə dair biliklərini və marağını artırmaq, yaradıcı potensialı olan gəncləri üzə çıxarmaq, onlara dəstək verməklə yanaşı, sərgilənəcək rəngkarlıq, qrafika, heykəltaraşlıq əsərlər təqdim etməkdir.

İyunun 7-dən başlayaraq Səlyan, Saatlı, Şirvan, Kürdəmir, Mingəçevir, Şəki, Qax, İsmayıllı, Xaçmaz, Sumqayıt rayonlarında ustad dərslərin keçirilməsini nəzərdə tutulan Festivalın iştirakçıları sırasında Novruz Məmmədov, Məmməd Rəşidov, Erkin Ələkbərli, Fərəc Rəhmanov, Əlixanova Gülnarə, Bəhruz Kəngərli, və s. kimi rəssamlar var.

OXŞAR XƏBƏRLƏR