Mobil operator Azərbaycan Avtomobil Federasiyası tərəfindən təşkil edilmiş yarışın rəsmi tərəfdaşı oldu
Peşəkar idmançıların böyük həvəslə iştirak etdikləri “V1 Challenge” yarışları əsasən şəhər mərkəzlərində keçirilir. “V1 Challenge” avtomobil yarışları üzrə ilk Azərbaycan çempionatının 2015-ci ildə keçirilməsi nəzərdə tutulur. Azərbaycanda ilk təqdimat xarakterli belə yarış isə 2014-cü ilin 11 oktyabr tarixində Bakı şəhərində keçirildi. Fransız pilot Antuan Huber yarışların qalibi oldu, 2-ci və 3-cü yerləri isə, müvafiq olaraq alman Harald Müller və livanlı pilot Abdo Feqali tutdular. Tədbir çərçivəsində “Mitsubishi”, “BMW” markalı avtomobillər və motosikletlərin iştirakı ilə şou nümayiş etdirildi.
Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. Nar Mobile Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.