'Nar Mobile' nümayəndəsi mötəbər mükafata layiq görüldü

İQTİSADİYYAT
17:09 15.04.2014
1861
“Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr bölümünün rəhbəri Nigar Arpadarai “İlin PR siması” nominasiyası üzrə “Golden Crown-2014” mükafatı ilə təltif edildi
“P World Azerbaijan” şirkətinin təşkilatçılığı ilə keçirilən “Golden Crown-2014” müsabiqəsinin qalibləri müəyyən edilib. Müsabiqənin beynəlxalq münsiflər heyəti tərəfindən müəyyən edilən qalibləri marketinq, PR, ən yaxşı reklam və s. kimi müxtəlif kateqoriyalar üzrə olan nominasiyalarda iştirak etmiş mütəxəssislər arasından seçiliblər. Azərbaycanda marketinq sahəsində təsis edilmiş ilk mükafat olan “Golden Crown” müsabiqəsinin münsiflər heyətində “Microsoft”, “GE”, “BP”, “Henkel”, “Philips”, “Diaggeo”, “Tate” muzeyi və Qrinviç Universiteti kimi aparıcı şirkət və təşkilatların nüfuzlu beynəlxalq müsabiqələrdə təcrübə toplamış top-menecerləri, məruzəçilər və digər peşəkarlar təmsil olunublar. Aprelin 12-də keçirilən mükafatlandırma mərasimində iştirak edən münsiflərin qərarına əsasən, “Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr və Korporativ Ünsiyyət bölümünün rəhbəri Nigar Arpadarai “İlin PR siması” nominasiyası üzrə “Golden Crown-2014” mükafatı ilə təltif edilib.
Yunanıstan Respublikasının Azərbaycandakı səfirliyi, Azərbaycanda ixracın və investisiyaların təşviqi fondu və Avropa Komissiyasının Azərbaycandakı xüsusi elçisinin ofisində peşəkar təcrübə toplamış Nigar Arpadarai uzun müddət Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin mətbuat katibi vəzifəsində çalışmışdır. 2009-cu ildən etibarən, “Azerfon” şirkətində çalışan xanım Arpadarai marketinq şöbəsində müxtəlif vəzifələr tutmuşdur. 2012-ci ildən “Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət bölümünə rəhbərlik edir və şirkətin xarici ünsiyyət, sponsorluq, korporativ sosial məsuliyyət, və mətbuat ilə əlaqələrinə görə məsul şəxsdir.

OXŞAR XƏBƏRLƏR