Bu gün “Nar Mobile” rəhbərliyi London Olimpiya Oyunlarında iştirak edən Azərbaycan Milli Olimpiya yığmasının qaliblərini təbrik etmək üçün, onları “Nar Mobile”ın yeni ofisində qəbul edib.
“Azerfon” şirkətindən AZXEBER.COM-a verilən məlumata görə, qalibləri təbrik edən şirkətin baş direktoru Yurgen Pitz, Azərbaycanın Olimpiya Oyunlarında qazandığı uğurların əhəmiyyətindən danışıb. O, ölkənin bütün dünyada tanınması yolunda daha bir möhtəşəm addımın atıldığını vurğulayıb və idmançıların bu prosesdə xüsusi töhfəsinin olduğunu alqışlayıb. “İdmançılar ölkə tarixində növbəti şərəfli tarix yazıblar – bu dəfə 10 medal ilə olimpiyanı bitiriblər. Azərbaycan himninin səsləndirilməsi, bayrağının dalğalanması bütün Azərbaycan vətəndaşlarında və bu ölkəyə azarkeşlik edən insanlarda iftixar hissi yaradıb. “Nar Mobile” da, öz növbəsində, Milli Olimpiya Yığmasının rəsmi Tərəfdaşı olaraq, idmançılarımızın uğurlarına sevinir və onlara növbəti 2014-cü ildə Soçidə keçiriləcək XXII qış Olimpiya oyunlarında uğurlar diləyərək yeni qələbələr arzulayır”, - o bildirib. İdmançılar da öz növbələrində, ölkə rəhbərliyinə, Milli Olimpiya Komitəsinə, Azərbaycan xalqına və “Nar Mobile”a minnətdarlığını bildiriblər. “Qazanılan hər qələbə hər bir Azərbaycanlı üçün çox böyük sevinc və fəxr hissi yaradır. Biz olimpiadada iştirak etdiyimiz zaman vətənimizdən çox böyük dəstək olduğu hiss edirdik. Ölkə rəhbərliyindən tutmuş adi vətəndaşımıza kimi dəstək var. Bizə dəstək olanlardan biridə məhz Nar Mobile şirkəti oldu. Şirkət bizə bu şəraiti yaradıb. Azərbaycan ilə əlaqə saxlayırdıq və motivasiya əldə edirdik və bu bizi daha da ruhlandırırdı. Buna görə Nar Mobile öz dərin minnətdarlığımızı bildiririk” – deyə olimpiyaçılar söyləyib. Görüşün sonunda idmançılara xüsusi illik balans olan nömrələr də daxil olmaqla, dəyərli hədiyyələr təqdim olunub.