18 May 2012-ci il tarixində, şirkətinin şəbəkə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə planlı təkmilləşdirmə işləri aparılan zaman baş verən texniki qəzanın nəticələrini aradan qaldırılması məqsədi ilə Nar Mobile-ın işçi heyəti bütün gecə hadisə yerində çalışmışdırlar. Nar Mobile-dən AZXEBER.COM-a verilən məlumata görə, bunun nəticəsi olaraq, 18 May 2012-ci il tarixində saat 11 radələrində qəzanın nəticələri tam olaraq aradan qaldırılmış və dayanıqlı mobil rabitə təmin olunmuşdur. Baş vermiş texniki qəza nəticəsində üzləşdikləri narahatlığa görə Nar Mobile abünəçilərindən üzr istəyir və nümayiş etdirdikləri anlayışa görə onlara öz dərin minnətdarlığını bildirir.