“Nar” operatoru “TaxFree” mobil tətbiqini təqdim etdi

“Nar” operatoru “TaxFree” mobil tətbiqini təqdim etdi
İQTİSADİYYAT
11:06 17.10.2017
1377

"TaxFree4U” əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması onlayn xidmətinin bazası əsasında "Nar” operatoru ƏDV-nin qaytarılması prosesini sadələşdirəcək "Nar TaxFree” mobil tətbiqini təqdim etdi.

 

AZXEBER.COM xəbər verir ki, bu yenilik sayəsində "Nar” istifadəçiləri ölkə xaricində alış-verişə sərf etdikləri məbləğin 19%-dək olan hissəsini geri ala bilirlər. "Nar TaxFree” xidməti Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya və Böyük Britaniya kimi Avropa ölkələrində xərclənmiş məbləğin ƏDV hissəsinin geri qaytarılmasını təmin edir. Eyni zamanda, "TaxFree” anketinə gömrük zabitinin müvafiq möhürünü vurdurmaq və alınmış mallarla istənilən Avropa İttifaqı ölkəsini tərk etmək mümkündür.

 

"Nar TaxFree” tətbiqi sayəsində "Nar” abunəçiləri səyahətdə olarkən vaxtlarına qənaət edə bilirlər. Artıq bəyannamə doldurmaq və bir neçə yerdə növbəyə durmağa ehtiyac yoxdur. Üstəlik, xidmət qısa zaman ərzində mümkün olan ən yüksəkfaizli ƏDV qaytarılması praktikasını təmin edir. "Nar TaxFree” tətbiqinin ən böyük üstünlüyü isə sadəcə tərəfdaş mağazalar şəbəkəsində edilən alış-verişə görə deyil, ƏDV ödəyicisi olan bütün ticarət obyektlərində edilən alış-verişə görə ödənmiş məbləğin əlavə dəyər vergisi hissəsinin geri qaytarılmasını təmin etməsidir.

 

Tətbiqdən yararlanmaq üçün "6592” qısa nömrəsinə SMS göndərərək yükləmə keçidini əldə etmək kifayətdir.

 

Azərbaycan, ingilis və rus dillərində təqdim edilən mobil tətbiqdən Avropa İttifaqı ölkələri vətəndaşı olmayan bütün "Nar” istifadəçiləri istifadə edə bilərlər. "Nar TaxFree” tətbiqi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.

 

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İspaniyanın elektrik enerjisini bərpa etmək üçün 6-10 saat lazımdır
19:10 28.04.2025
İspaniyanın elektrik enerjisini bərpa etmək üçün 6-10 saat lazımdır
İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız qalıb
18:58 28.04.2025
İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız qalıb
Çin səfiri: ABŞ iqtisadi zorakılıqla məşğuldur
18:47 28.04.2025
Çin səfiri: ABŞ iqtisadi zorakılıqla məşğuldur
Ermənistanın İstintaq Komitəsi: Müddətli xidmət əsgəri, ehtimal ki, intihar edib
18:35 28.04.2025
Ermənistanın İstintaq Komitəsi: Müddətli xidmət əsgəri, ehtimal ki, intihar edib
Türkiyədə 2 qrup arasında silahlı insident baş verdi
18:33 28.04.2025
Türkiyədə 2 qrup arasında silahlı insident baş verdi
Keçmiş futbolçu ölüm təhdidləri aldığını açıqladı
18:16 28.04.2025
Keçmiş futbolçu ölüm təhdidləri aldığını açıqladı
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
17:49 28.04.2025
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
17:43 28.04.2025
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
17:37 28.04.2025
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"
17:25 28.04.2025
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"
Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir
16:40 28.04.2025
Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə cəza istənilib
16:24 28.04.2025
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə cəza istənilib
Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
16:09 28.04.2025
Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:07 28.04.2025
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
15:53 28.04.2025
"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
"Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"
15:41 28.04.2025
"Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"