“Nar” şəbəkənin təkmilləşdirilməsi işlərini davam etdirir

“Nar” şəbəkənin təkmilləşdirilməsi işlərini davam etdirir
SOSİAL
10:16 26.10.2017
725
Göstərdiyi rabitə xidmətlərini davamlı olaraq təkmilləşdirməklə öz abunəçilərinə sərfəli qiymətlər təklif edən "Nar” şəbəkənin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində apardığı işləri uğurla davam etdirir. Xüsusilə bölgələrdə 3G şəbəkəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində ATM (Asynchronous Transfer Mode) texnologiyalı transmissiya xətləri müasir tələblərə cavab verən və daha keyfiyyətli rabitəni təmin edən IP (Internet Protocol) texnologiyasına əsaslanmış xətlərlə əvəz edilmişdir. 

Görülən təkmilləşdirmə işlərinin uğurlu nəticəsi kimi, Aran, Lənkəran və Quba-Xaçmaz iqtisadi rayonları üzrə ATM xətlərindən IP texnologiyalı transmissiya xətlərinə keçid baş vermişdir. Baza stansiyalarının IP transmissiya zolağı boyunca "Son məntəqələr arasındakı tutum” (Last Mile Capacity) ötən illə müqayisədə şəbəkə üzrə ümumilikdə 53% artmışdır. 

Qeyd edək ki, 3G IP texnologiyası istifadəçilərə daha mükəmməl və sürətli verilənlər bazası resurslarından faydalanmaq və daha keyfiyyətli səs xidmətlərindən istifadə imkanları yaradır.  Adı çəkilən texnologiya informasiya ötürmə kanallarında genişlənməni təmin edir, ötürülən və qəbul edilən məlumatın son istifadəçiyə qısa zaman kəsiyində, yüksək keyfiyyətlə çatdırılmasına şərait yaradır. Məhz bu texnologiyanın tətbiqi ilə hər bir istifadəçiyə düşən sürət meyarı daha da yüksəlir, informasiyanın paylanması zamanı ortaya çıxa biləcək maneələr aradan qaldırılır və internet resurslarına çıxış imkanlarının istifadəçilər arasında bərabər şəkildə paylanmasına şərait yaradılır. 3G IP təyin edilmiş məlumat dəstini bəlli bir istiqamət üzrə istifadəçilər arasında paylayır. Bu isə, öz növbəsində, abunəçilərin internet üzərindən məlumat bölüşmələri, fərqli məlumat məhsullarının daşınması, məlumatın yüklənməsi və qəbulunun daha şəffaf surətdə həyata keçirilməsinə şərait yaradır. 

3G IP texnologiyası sayəsində zəng zamanı "Uğurlu zəng nisbəti” (Call Setup Success Rate) xüsusiyyətinin təkmilləşməsi özünü bariz şəkildə nümayiş etdirir ki, bu da zəng müddətində əlaqənin yaranmasında ola biləcək xəta əmsalını minimuma endirir. 
 
Hazırda "Nar” 3G şəbəkəsinin 94%-i tamamilə müasir IP transmissiya  texnologiyası üzərindən xidmət göstərir və bununla da istifadəçilər keyfiyyətli mobil rabitə xidmətlərindən faydalana bilirlər. Bakı və Abşeron yarımadası ərazisində isə 3G mobil şəbəkəsi tam olaraq IP texnologiyalı transmissiya xətləri üzərindən fəaliyyət göstərir. 

"Nar” şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.  

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:45 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
15:28 28.06.2025
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
15:14 28.06.2025
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
14:21 28.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
14:17 28.06.2025
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir