“Nar” yeni “HD-Voice” yüksəkkeyfiyyətli səs ötürmə texnologiyasını təqdim etdi

İQTİSADİYYAT
15:39 15.09.2017
1205
 "Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində mobil telefon vasitəsilə ünsiyyətdə olarkən səs keyfiyyətinin nəzərə çarpacaq dərəcədə artımını təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim etdi.
 
Bu texnologiya səsin maksimal dərəcədə təmiz ötürülməsini təmin edir və mobil telefonla danışan şəxsdə üzbəüz ünsiyyət təəssüratı yaradır.  Səs tembri və intonasiyanın keyfiyyətlə ötürülməsini təmin edən bu texnologiya sayəsində "Nar” istifadəçiləri mobil telefonla danışarkən daha rahat ünsiyyət qura biləcəklər. Səs tezlikləri diapazonunun genişləndirilməsini təmin edən yeni texnologiya həm də kənar səslərin təsirini minimuma endirir, nəqliyyat vasitəsində hərəkət edərkən zəng xidmətinin daha da aydın və qüsursuz olmasını təmin edir.
 
"HD-Voice” sayəsində "Nar” abunəçiləri üçün uzun telefon danışıqları və ya yüksəksəsli rabitə (handsfree) artıq əvvəlki kimi yorucu olmayacaq.  Mobil rabitə cihazı "HD-Voice” və 3G-ni dəstəkləyən istənilən "Nar” abunəçisi xidmətdən yararlana bilər. Texnologiyanın tətbiqi üçün heç bir əlavə ödəniş nəzərdə tutulmur və bu xidmət mobil rabitə cihazlarının sərf etdiyi enerjiyə təsir etmir.  Bu gün təqribən 2 milyondan artıq abunəçisi olan, geniş şəbəkəsi və sərfəli qiymətləri ilə istifadəçilərə yüksəkkeyfiyyətli xidmət göstərən "Nar”-ın şəbəkəsi 6000-dən artıq baza stansiyasından ibarət olmaqla ölkə ərazisinin 93%-ni əhatə edir. Abunəçilər rabitə xidmətləri provayderi olan "Nar”-ın tariflərindən istifadə etməklə bütün istiqamətlərdə sərfəli qiymətlərdən faydalanırlar.  "Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:59 13.02.2025

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edildi

15:49 13.02.2025

Prezident bu hərbi qulluqçuları təltif etdi - SƏRƏNCAM

15:39 13.02.2025

Hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT EDİLDİ

15:36 13.02.2025

Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - Sərəncam

15:31 13.02.2025

HƏMAS-la İsrail arasında girov mübadiləsi bu tarixdə davam edəcək

15:26 13.02.2025

"Azərbaycanın regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir"

15:21 13.02.2025

"Şəhid atasıdır, oğlunun yatdığı torpağa qurban olum" - Cavidan Novruz

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi